» » İş axtaran qadını

İş axtaran qadını ofisə dəvət etdi və zorladı

Bölmə: Kriminal
İş axtaran qadınıBakıda cinsi zorakılığa məruz qalan qadın polisə müraciət edib.Xalqinfo.az bildirir ki, ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayonunun hüquq-mühafizə orqanlarına müraciət edən 33 yaşlı Mələk Abdullayeva (ad və soyad şərtidir) bildirib ki, Orxan adlı şəxs onu zorlayıb.

M.Abdullayeva qeyd edib ki, iş tapmaq məqsədi ilə Orxan adlı şəxslə tanış olub. Həmin şəxs qadını Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisə dəvət edib və ona iş tapacağına söz verib. Növbəti görüş zamanı isə Orxan M.Abdullayevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İlkin araşdırmalardan sonra qadının şikayətçi olduğu şəxsin paytaxt sakini, 1991-ci il təvəllüdlü Orxan Səlimzadə olması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler