» » Bakıda qətl olub

Bakıda qətl olub

Bölmə: Kriminal
Bakıda qətl olubBakıda iki tüfeyli dalaşıb, biri digərini qətlə yetirib
Bakının Səbail Rayon Prokurorluğundan trend-ə verilən məlumata görə, aprelin 11-də saat 16:30 radələrində Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Vladimir Kopyorkin həmyaşıdı, 1970-ci il təvəllüdlü, özü kimi tüfeyli həyat tərzi keçirən Rafiq Ağayevi bıçaqla qətlə yetirib.

Səbail Rayon Polis İdarəsi və Rayon Prokurorluğu əməkdaşlarınn həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətmiş V.Kopyorkin tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler