» » Sahildə dəhşətli qətl törədən şəxs tutuldu

Sahildə dəhşətli qətl törədən şəxs tutuldu

Bölmə: Kriminal, BLOK XƏBƏR
Sahildə dəhşətli qətl törədən şəxs tutulduSahil Bağında dəhşətli qətl törətməkdə şübhəli bilinən Elçin Çobanov həbs olunub.


Bu barədə qafqazinfo-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, E. Çobanovun saxlanılması istiqamətində bu gecə də əməliyyat axtarış tədbirləri davam etdirilib. Əməliyyat nəticəsində şübhəli şəxsin Bakı şəhərində gizləndiyi yer aşkar edilib. O, polis tərəfindən saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler