» » Uşağı döyərək narkotik verib fahişəliyə

Uşağı döyərək narkotik verib fahişəliyə məcbur edirdi

Bölmə: Kriminal, Dünya
 Uşağı döyərək narkotik verib fahişəliyə  Türkiyədə intihar edən 24 yaşlı transvistitin anası və "rəfiqəsi" onun ölümündə bəzi insanları günahlandırıblar. Xalqinfo.az-ın məlumatına görə, transvistit Eylül Cansın keçmiş otaq yoldaşı Yankı Bayramoğlu dostunun yaşadıqlarını belə anladıb:

Veterinar köməkçisi olduğu halda Cansın özünə iş tapa bilməməsini, bu səbəbdən də seks işçisi olmaq məcburiyyətində qaldığını deyən Bayramoğlu, dostunun ölümündə dövləti və cəmiyyəti günahlandırdı: “Eylülü seks işçisi olmağa məcbur etdilər. Mən öz karyeramı yaratdım, özümü cəmiyyətə daha çox qəbul etdirə bildim. Fəqət Eylül bunu bacarmadı... Eylülün ətrafındakı insanlar fərqli idi. Veterinar olduğu halda çalışa bilmədi. Çevrəsi onun işləməsinə əngəl oldu. O da fahişəlik etməyə məcbur oldu. Onu təhdid edirdilər, pul tələb edirdilər. Bu şikayətlə polisə müraciət edib. Türkiyədə translara iş verilmir. Eylül özünü öldürdükdən sonra hərkəs bundan yazır. Türkiyənin tək gündəmi budur".

Eylül Cansının anası Nurcan Zengin isə övladının faciəsində birbaşa Yankı Bayramoğlunu ittiham etdi. Ana "qızının" transvistit dostu tərəfindən borca salındığını, onun göstərişlərini yerinə yetirdiyini, daha doğrusu istifadə edildiyini, sonra da küçəyə atıldığını açıqlayıb. "Yankı uşağımı yoldan çıxardı, istifadə etdi, küçələrə atdı. Ali Ercan Güldiken adlı bir kişi də Eylülün bu durumundan faydalanaraq, yardım adı altında yanına çağırdı. Güldiken uşağımı döyürdü, zorla narkotik verib fahişəliyə məcbur edirdi".

Əsl adı Mehtap Zəngin olan Eylül Cans 5 yanvarda özünü Boğaziçi körpüsündən dənizə atmışdı. Mehtap Zəngin ölümündən öncə video çəkərək bunları söyləmişdi: "Bacarmadım, insanlar buna icazə vermədilər. İşləyə bilmədim, mənə çox əngəl oldular...Bir çoxları mənim dostum deyilmiş. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq bəzi şeyləri öyrəndim. Hər kəsin istədiyi şeyi edirəm. 24 yaşımda həyatımı sona çatdırıram. Sabah qəzetlərin 3-cü, 4-cü və ya 1-ci səhifələrində mənim adımı eşidəcəksiniz. Hamınızı öpürəm, Allaha əmanət olun. Tək istəyim var. O da itimlə bağlıdır. Ana, mənim evdəki itimi götür. Ona çox yaxşı baxacağını bilirəm. Onu sənə əmanət edirəm. O nəcisini evə etmir. Ona hirslənmə".
Mənbə
Anspress.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler