Bakıda tapança ilə gəzən keçmiş məhkum tutulduBölmə: Kriminal
![]() Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. |
|