» » ANA HAQQI yaxud ÖVLAD NANKORLUĞU

ANA HAQQI yaxud ÖVLAD NANKORLUĞU

Bölmə: Köşə
ANA HAQQI yaxud ÖVLAD NANKORLUĞU


ANA VƏTƏNDİRSƏ, ÖVLAD ONU QORUYANDIR...
Bəşəriyyət yarandığı gündən insanlarla bərabər enişli – yoxuşlu yollar keçərək günümüzə gəlib çatıb.Bəşəriyyəti insansız təsəvür etmək çox çətindir. Bəşəriyyətin bir hissəsi olan çox dəyərli məxluq, insan cəmiyyətinin ən vacib hissəsi qadınlardan, övladlardan, onların həyatımızdakı rolundan bəhs edəcəyik. Baxaq görək ana qədər müqəddəs olan qadınlar həyatımızda nə qədər əhəmiyyətlidir?. Qadın ana, bacı, həyat yoldaşı kimi dəyərli, ana vətən sevgisi qədər ülvi və müqəddəsdir. Onlara səcdə etmək hər birimizin övladlıq borcudur. Azərbaycan anlamında Anaya vətən qədər dəyər vermək böyük mədəniyyətin təntənəsidir. Baxın! Ana bizə övlad bəxş edir, gecələr yuxusuz qalır, 9 ay bətnində gəzdirir. Balanın ayağına daş dəyəndə, ananın az qalır ki, bağrı çartlasın, belə olanda özünə yer tapa bilmir ana... Dahi şairimiz Mikayıl Müşfiqin şerindən bir parça: “Ana, ana sənin qarşında qul tək səcdə etmək mənə fəxarətdir” və yaxud aqillərimiz deyib “Ana haqqı Tanrı haqqıdır”. Bu qədər böyük, bu qədər uca olan ana haqqından danışmaq, yazmaq bəs etməz. Bəs bəzi övladlar onları dünyaya gətirən anaya və ataya biganə yanaşmasına səbəb nədir? Bu yöndə cəmiyyətimizdəki ailə mühitində söz söhbətlərin düşməsinə, acı həyat hekayələrinin yaranmasına səbəb nədir? istəkli oxucular! Mövcud ailə və məişət problemləri bizi də narahat etməyə bilməzdi. Nəzərə alsaq, biz azərbaycanlıların şərq mədəniyyətinə söykənən milli və mənəvi dəyərləri var. O, dəyərlər ki, uzun illərdən bəri süzülərək bu günümüzə qədər gəlib çatıb. Dədə-babalarımızdan görmüşük ki, ailədə ata-ana evin böyüyü, baba-nənə evin ağsaqqalı, ağbirçəyidir. Adətən ailədə övladlar böyüklərə hörmət eməli və gördükləri bütün işləri məsləhətləşməli, böyüklərdən xeyir-dua almalıdırlar. Validiyinlər də övladlarının qayğısına qalmalı, əzizləməli, fikirlərinə hörmətlə yanaşmalıdır. Bəzən istəməsək də bu balans pozulur. Hər kəs günahı bir-birində axtarır. Problemdən çıxış yolu nədir? bizim qənaətimizə görə, hər kəs ailədə öz vəzifəsini dərk etməli, ona uyğun addım atmalıdır. İllərdir ki, Qaynana gəlin münasibətlərindən yarı yumoristik, yarı tragik tərzdə hər birimiz gülür və danışırıq. Qadın - ana, bacı, həyat yoldaşı olmaqla yanaşı, həm də axı qaynanadır. Olmazmı ki, əziz analar, qaynana olanda gəlinlərinizə ana olasınız, əziz gəlin bacılar, siz də qaynanalarınıza öz ananız kimi baxasınız! Düzdür hər ailənin öz mühütü və qanunları var. Siz çalışın düz yol tutub nümunəvi ailə ənənələrimizə söykənərək, Allah yanında öz borcunuzu yerinə yetirin, şeytan əməlinə uymayan! Dinimiz pislik edəni , pislik etməyi istəyəni qəbul etmir, siz isə, əziz həmvətənlər, qaynana və gəlinlər, çalışın yaxşılıq edin! Biz televiziyalarda gedən “Tok Şou”lara baxanda birmənalı olaraq ağlımıza gətiririk ki, övlad valideyin münasibətlərində bir çox çatışmazlıqlar mövcuddur. Ana balasını körpə balasını küçəyə atır, övlad anasına baxmaq əvəzinə qocalar evinə qoyur. Həyat yoldaşı olan kişi və qadın xəyanətləri təəssüflər olsun ki, çoxalaraq boşanma hallarının sayını artırmaqdadır. Yalnız bunu deməklə təsəlli tapmaq yox, bu yöndə həm aidiyyəti üzrə dövlət qurumları, həm də ictimai fəaliyyətlə məşğul olan QHT – lər, mətbuat orqanları davamlı maarifləndirici işlər aparmalıdır. Bəs bu haqqı dərk etməyən ana və övlad varmı?! Təbii ki, hər birimiz cəmiyyətimizdə belələrinə rast gəlirik. Övlad məhəbbətini dadmayan ana cəmiyyətdə övlad şirinliyindən, təlim-tərbiyəsindən, uşaqların hüquq və azadlığından danışmağa sizcə haqqı çatırmı?! Bir neçə ali və orta təhsilli vətəndaşlarımızın münasibətini öyrəndik. Birmənalı şəkildə sorğu iştirakçıları belə düşünürlər ki, ictimai fəal və digər kateqoriyaya aid olan qadınlar analıq sevgisini uşaq şıltaqlığını ona uyğun təlim – tərbiyə metodunu bilmirsə, o, sərbəst olacaq, belələri isə təbii ki, özü bildiyi kimi ya yaxşı, ya da ki, xoşagəlməyən xarakterdə davranacaq. Övladlar isə, valideyn qayğısı görmədikdə, diqqətdən kənarda qalanda təhsildən yayınır, pis vərdişlərə qoşulur, yolunu azmaqda davam edir ki, valideyn son məqamda başına, dizinə döyür. O, zaman artıq gec olur, sonrakı peşmançılıq kimi... Yaxşı olar ki, hər bir qadın yaxşı ana, bacı, həyat yoldaşı, nənə, qaynana, gəlin layiqli yerlər tutsunlar, bir-birlərinin yerlərini bilsinlər və əks cinsin həyatında nə qədər vacib olduqlarını görsünlər. Hər bir kişi isə ləyaqətli ata, qardaş, əmi, dayı, qaynata öz yerlərini milli adətlərimizə uyğun formada qoruyub saxlasınlar. Bir də görürsən, bəzi fəal xanımlarımız yüksək tirbunalardan qadınların cəmiyyətdəki rolundan, uşaqların mədəni və sivil böyüməsindən ağız dolusu ilə danışırlar, sanki bu qədər böyük haqqı olan ana kimi... Ana vətənə əsgər, vətənpərvər, ziyalı şəxsiyyətlər bəxş edər, şahzadə xanımlar!.. Əlahəzrət bəylər, çalışın yaxşı əməl sahibi olun, həyatda öz yerinizi bilin.. Dahi söz sərrafı Nizami Gəncəvinin şeirindən bir parça bu məqamda yerinə düşür “Çalış insanların işinə yara, Geysin əməllərindən dünya zərxara”. Bəli, əziz oxucular! Gəlin, həyata açıq gözlə baxaq, ətrafımızdakılara biganə qalmayaq ki, analar öz övladlarını sevsinlər, övladlar isə valideynlərinin qayğısına qalsınlar, hörmətli valideyinlər! uşaqlararınıza sevgi göstərin və yaddan çıxarmayın ki, siz də yaşlananda övladlarınız qeydinizə qalıb arxa-dayaq olsunlar. Yalnız beləliklə, cəmiyyətimizdə milli, mədəni və sivil dövlətçiliyimizə faydalı azərbaycanlılar olaq. P.S. qeyd edək ki, növbəti saylarımızda bu mövzu ilə bağlı araşdırmamızı və mövqeyimizi sizlərlə bölüşəcəyik. Təki salamatçılıq olsun!
Zamin Zeynal

Şərh Yaz
ŞƏRH(1)

xizili Baba 2 may 2014 22:59
Ela yazidir xosumuza geldi
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler