» » Ölü dillərin lüğəti nəşr edildi

Ölü dillərin lüğəti nəşr edildi

Bölmə: KİTAB ALƏMİ
Ölü dillərin lüğəti nəşr edildi
90 illik araşdırmalardan sonra qədim Mesopotamiyanın unudulmuş dillərinin izahlı lüğəti nəşr edilib.

Xalqinfo.az BBC-yə itinadən bildirir ki, 2000 ildən çox istifadə edilməyən Akkard dillər qrupunun Aşur və Babil dialektlərinin izahlı lüğəti işıq üzü görüb.

İngiltərəli mütəxəssislər hesab edirlər ki, bu çox əlamətdar və tarixi hadisədir. Dünyanın müxtəlif ölkələrindən olan 90-dan çox dilşünasın cəlb edildiyi bu məsuliyyətli layihə uğurla nəticələnib.

Lüğətin əsas özəlliyi isə odur ki, buraya daxil olan sözlərin çoxu artıq 2000 ildən çoxdur ki, istifadə edilmir.

Uzun illərdir ki, lüğətin üzərində səylə çalışan Şərq İnstitutunun professoru Metyu V Stopler BBC xəbər agentliyinə müsahibə zamanı bildirib ki, layihə üzərində işləyən zaman ara sıra yolumağına rəğmən ruhdan düşməyib və belə bir dəyərli işin ərsəyə gəldiyi üçün çox sevinclidir.

“Bu zaman pəncərəsindən keçmişə nəzər salmağa bənzəyir” deyə professor əlavə edib.

Lüğəti tərtib edən dilşünaslar Dəclə və Fərat çayları arasında yerləşən qədim Mesopotamiyanın hazırkı Suriya və Türkiyənin bir hissəsini əhatə edən ərazilərində aşkarlanan gil və daş piltələr üzərində yazılmış mətnləri araşdırıblar. Yaşı 2500-dən çox olan bu mənbələrdə elmi, tibbi, hüquqi və digər sahələri əhatə edən zəngin məlumatlar toplanıb.

Ölü dillərin lüğəti nəşr edildi








"Bu, əsl möcüzədir. Biz bu lüğətin köməyilə antik alimlərin, şairlərin, təbiblərin hətta cadugərlərin yazılarını rahat oxuya bilirik. Onların məişəti, gündəlik həyatı və adətləri haqda zəngin məlumat toplaya bilirik", - deyə professor Finkel heyrətlə qeyd bildirir.

Çağdaş tarix elminin qədim Yunanıstan, Roma və Misir haqda kifayət qədər məlumatı olsa da, Mesopotamiya barədə biliklər azdır. Bu baxımdan lüğət elm sahəsində əsl sıçrayış hesab edilə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler