Qadağan olunmuş dini ədəbiyyat satan 10 nəfər cəzalandırıldıBölmə: KİTAB ALƏMİ
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir. DİN-dən Xalqinfo.az-a verilən məlumata görə, paytaxtın Yasamal, Nizami, respublikanın Gəncə, Şirvan, Quba, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Həmin şəxslərdən 309 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD disk aşkar edilərək götürülüb. Ümumilikdə cari ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilmişdir. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb. Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb. Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|