AMEA-dan Milli Qəhrəmanlarla bağlı təşəbbüsBölmə: KİTAB ALƏMİ, GÜNDƏM
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir. Xalqinfo.az Kult.az istinadən xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Vikipediyaya daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz: Albert Aqarunov - italyan, fransız, ispan, alman Əlif Hacıyev - fransız, ispan Əliyar Əliyev – ispan, fransız, alman Vəzir Orucov – inglis, ispan Leyla Həsənova |
|