DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > Benzinin bahalaşması ilə bağlı rəsmi - Açıqlama

Benzinin bahalaşması ilə bağlı rəsmi - Açıqlama


5-09-2017, 22:03. Yerləşdirdi: sefa Benzinin bahalaşması ilə bağlı rəsmi - Açıqlama
““Aİ-98 super” markalı benzinin qiymətlərindəki artım iqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək”.

“Xalqinfo” xəbər verir ki, bunu Trend-ə Tarif (Qiymət) Şurasından deyiblər.

Şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: “Bu benzin bəzi “lüks” klass avtomobillərdə istifadə edilir. Ona görə də, “Aİ-98” benzininin bahalaşmasının qiymətlərə təsiri barədə danışmaq qeyri-ciddidir”.

Tarif (Qiymət) Şurası həmçinin qeyd edir ki, bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Bu marka benzin Azərbaycana gətirilir, ona görə qiymətlər dövlət tərəfindən tənzimlənmir”.

Qeyd edək ki, bu gün “Aİ-98 super” benzininin litri 1,2 manatdan 1,3 manata bahalaşıb. Qiymət artımına səbəb bu benzinin Azərbaycan gətirildiyi ölkədə, yəni Rumıniyada bahalaşması göstərilir.
Geri qayıt