DataLife Engine > İqtisadiyyat > Azərbaycan Braziliyadan inək alır -

Azərbaycan Braziliyadan inək alır -


12-06-2017, 13:09. Yerləşdirdi: Leyla Azərbaycan Braziliyadan inək alır -
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti cins mal-qara almaq məqsədi ilə 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb.

Xalqinfo.az bu barədə banker.az-a istinadən xəbər verir.

"Novero İnvest LTD" (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə bağlanan müqavilənin məbləği 29 mln 579,7 min manat təşkil edib.

"Longmar Networks LTD" şirkəti ilə də min baş "Holştin-friz" cinsindən inək alınmasından ötrü 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.

"Aqrolizinq" ASC eləcə də cins inəkləri "Paşa Sığorta" şirkətində 2 mln 319,5 min manata sığorta etdirib.

2009-2017-ci illərdə "Aqrolizinq" ASC 23 min 272 baş, o cümlədən bu il 443 baş cins inək və xırdabuynuzlu heyvan alıb.

2016-cı ildə mal-qara lizinqindən 13,3 mln manat əldə edilib. Bu, əvvəlki ilin eyni göstəricilərindən 15,6 faiz azdır. Cins mal-qara lizinqi üzrə xərclər 13 mln 197 min manat olub.

Leyla Həsənova
Geri qayıt