101 dövlət əmlakı satışa çıxarıldı
31-10-2016, 14:17. Yerləşdirdi: sefa
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 1 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.
“Xalqİnfo” xəbər verir ki, hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı ( privatization.az), habelə rəsmi internet saytı ( emdk.gov.az ) vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.
İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər.
Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
Geri qayıt