Azərbaycan Albaniyaya qaz verəcəkBölmə: İqtisadiyyat
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniyada səfərdədir.trend ARDNŞ-yə istinadən məlumat verir ki, dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Transadriatik qaz boru kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub. Azərbaycan və Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|