ABŞ-Çin ticarət müharibəsi: Tramp yeni həmləyə hazırlaşırBölmə: İqtisadiyyat, BLOK XƏBƏR
![]() Vaşinqtonun tariflərin artırılması qarşısında Pekinin geri addım atacağı və yeni ticarət sazişini imzalayacağına olan ümidləri azalıb. Pekin Vaşinqtonun təzyiqləri qarşılığında geri addım atmaq fikrində deyil, əksinə, artıma artımla cavab verib. Pekin tariflərin artırılmasından narazı olan ölkələrlərlə ittifaqı gücləndirməyə çalışır. Çin lideri Si Cinpinin xarici səfərlərinin sayını artırması bununla bağlıdır. Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir. Məqalədə qeyd olunur ki, Pekinin cavab tədbirləri ABŞ-nin Çin mallarına 245 faizlik gömrük rüsumu tətbiq etməsi ilə nəticələnib: “Son düzəlişdən əvvəl Çinin ABŞ-yə ixrac etdiyi mallara 145 faizlik tarif tətbiq edilirdi. Halbuki ABŞ digər ölkələrə tətbiq etdiyi tarifləri dondurub. Ağ Evin açıqlamasında bildirilib ki, 75-dən çox ölkə ABŞ ilə yeni ticarət sazişini müzakirə etməyə hazırdır. Çin istisnadır. Trampın yeni tarif siyasəti Avropa və Asiya bazarlarında çalxalanmaya səbəb olub. Səhm bazarlarında da vəziyyət sabit deyil. İnvestorlar qorxurlar ki, qlobal ticarətlə bağlı addımlar inflyasiyanı yüksəldə bilər. Məlumata görə, Donald Tramp administrasiyası Çinə qarşı yeni həmləyə hazırlaşır. Trampın yeni fərmanına əsasən, ABŞ minerallar və nadir torpaq elementləri tədarükü zəncirlərində Çinin hökmranlığını azaltmağa çalışacaq. Bu məqsədlə ABŞ nadir mineralların toplanmasını təşkil edəcək”. Mərkəzin ekspertlərinin fikrincə, Vaşinqton bu sahədə Çinin dominantlığına son qoymaq istəyir: “Vaşinqton hesab edir ki, Çinlə münasibətlərdə gərgilik artarsa, bu ölkə nadir mineralların ABŞ-yə ixracına qadağalar qoyacaq. Proses artıq başlayıb. Pekin Vaşinqtonun tarifləri artırmasına cavab olaraq, bir qisim məhsulun Çindən ABŞ-yə ixracına məhdudiyyətlər qoyub. Həmin məhsullar akkumulyatorlardan tutmuş smartfonlar və elektrikli avtomobillər kimi bir çox məhsulların istehsalında istifadə olunur. Dünyada müdafiə, elektrikli avtomobil, təmiz enerji və elektronika sənayesində istifadə olunan 17 elementin təxminən 90 faizi Çində istehsal olunur. ABŞ bu məhsulların çoxunu idxal edir, əksəriyyəti Çindən gəlir. Vaşinqton bu asılılıqdan qurtulmaq istəyir. Bunun reallaşdırılması zaman və böyük yatırımlar tələb edəcək”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|