» » Azərbaycanda daha hansı banklar bağlanacaq?

Azərbaycanda daha hansı banklar bağlanacaq?

Bölmə: İqtisadiyyat
Azərbaycanda daha hansı banklar bağlanacaq?




Ötən gün "Naxçıvanbank"ın lisenziyası ləğv edilib. Qurum "E-Kredit" MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.

Bundan əvvəl 2023-cü ildə "Günay Bank"və "Muğan Bank” bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, "Naxçıvanbank"ın bağlanması gözlənilən idi:

"Əməliyyat həcmləri demək olar ki, sıfırlanmışdı, xeyli dərəcədə azalmışdı. Yəni "Naxçıvanbank"ın bağlanması təəccüblü bir şey deyil. "Naxçıvanbank"ın bağlanması və əl dəyişdirməsi gözlənilən idi. Həcm olaraq da bu bankın Azərbaycan bank sektorunda çox cüzi yeri var. Yəni bağlanmasının bank sektoruna, yaxud iqtisadiyyata təsir imkanları, demək olar ki, yoxdur".

Ekspert bildirib ki, Azərbaycanda zaman-zaman bankların bağlanmasını görmək mümkündür:

"Bundan əvvəl də belə hadisələr olub. Pandemiya dövründə də 4 bank birdən bağlandı. Bu proseslər gələcəkdə də olacaq. Amma hansı bankların bağlana biləcəyini söyləmək çətindir. Gələcəkdə hansı bankların bağlana biləcəyi ilə bağlı Mərkəzi Bankın açıqlamalarını izləmək lazımdır. Verilən açıqlamalarda həmin banklara xəbərdarlıqlar olacaqsa, bunlara diqqət etmək lazımdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler