“Azercell CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olunduBölmə: İqtisadiyyat
![]() “Azercell Telekom”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “AZERCELL CUP 2024” müsabiqəsinin final mərhələsi keçirilib. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan “AZERCELL CUP 2024”-də Bakı, Gəncə, Sumqayıt, Quba, Göyçay, Xaçmaz və Balakən məktəblərinin 31 şagirdi yüksək nəticə göstərib. Müsabiqənin şərtlərinə əsasən qaliblər növbəti tədris ilindən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb ediləcəklər. Qeyd edək ki, 3 mərhələdən ibarət müsabiqə 6-7-ci sinif şagirdlərinin alqoritmik təfəkkürünü ölçmək məqsədilə iki proqramlaşdırma dili (Python və C++) vasitəsi ilə təşkil olunub. Məktəblilərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün sınaq imtahanı da keçirilib. Ümumilikdə müsabiqənin sınaq turu və birinci mərhələsi üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 5000-dən çox həll qiymətləndirilib. Nəticələrə əsasən 165 nəfər yarımfinal turunda, fərqlənmiş 51 nəfər isə finalda iştirak hüququ qazanıb. 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal əldə ediblər. ![]() |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|