» » Azərbaycanda bu banklar bağlanacaq -

Azərbaycanda bu banklar bağlanacaq - Açıqlama

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Azərbaycanda bu banklar bağlanacaq -




Azərbaycanda vaxtaşırı banklar bağlanır, ya da ləğv edilir. İndiyə xeyli sayda bank bu taleni yaşayıb. Sonuncu bağlanan bank “Günay Bank” idi. Oktyabrın 19-da bu siyahıya biri də əlavə oldu – Mərkəzi Bank “Muğan Bank”ın ləğvi ilə bağlı açıqlama yaydı. Baş verənlər bank sektorunda vəziyyətin yaxşı olmaması təəssüratını yaradır. Banklarda əmanət saxlayan vətəndaşlar narahat olurlar.

Başqa hansı bankların ləğvi ehtimalı var? Bu, domino effektili proses ola bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, ölkədə zəif banklar zaman-zaman sıradan çıxır.

Onun sözlərinə görə, bağlanan bank ilk və son deyil:

“Bunun təbii tərəfləri odur ki, kiçik banklar bazarda rəqabətə dözə bilmir və onların göstəriciləri zəiflədikcə, problemlər yarandıqca lisenziyaları geri alınır. Amma digər tərəfdən də bu, tez-tez təkrarlandıqda vətəndaşlarda banklara olan güvənin zədələnməsi baş verir. Nəticədə problemlər yaranır, bank sektoruna güvən azalır.

Əsas problem odur ki, Azərbaycanda təqribən 5 böyük bank, bazarın 80 faizinə nəzarət edir. Yəni onlar bazarda 80 faiz paya malikdirlər. Bu səbəbdən də kiçik bankların belə bir şəraitdə fəaliyyət göstərməsi çox çətindir. Hətta getdikcə kiçik bankların sıradan çıxması mümkündür”.



İqtisadçı deyib ki, Azərbaycanda mütləq müəyyən sayda bankın olması ilə bağlı qanun yoxdur:

“Əsas bankların sayı deyil, əsas olan hamı üçün bərabər şəraitin yaradılması, rəqabətli mühitin formalaşması və nəticə etibarilə kiçik bankların da bazar payı almasının mümkün olmasıdır. Problem olan budur. Bu baxımdan da bankların bağlanmasının iqtisadiyyata böyük bir təsiri olmasa da, ümumi ab-havaya mənfi təsir göstərir, bank sektoruna olan güvənin zədələnməsinə səbəb olur. Prosesi öncədən idarə etmək lazımdır.

Mərkəzi Bank və digər requlyatorlar problemləri olan bankları bilirlər. Fikrimcə, o problemlərin həlli ilə bağlı ya banklara kömək etməlidirlər, ya vətəndaşlara zaman-zaman elə istiqamətlə məlumatlar verməlidirlər ki, onlar bağlanan banklarla bağlı problem yaşamasınlar”.

N.Cəfərlinin sözlərinə görə, gələcəkdə kiçik bankların bağlanması mümkündür:

“Çünki Azərbaycan kimi rəqabətin və bazar həcminin az olduğu bir ölkədə kiçik bankların ayaqda qalması çox çətin görünür”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler