» » "Son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib" -

"Son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib" - İlham Əliyev

Bölmə: İqtisadiyyat
"Son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib" -

Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.

"Xalqinfo" xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində səsləndirib.


Dövlətimizin başçısı müqayisə üçün deyib ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb.

“İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler