» » Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı

Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı

Bölmə: İqtisadiyyat, MANŞET
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı

Bir adıyla Dünya İqtisadi Forumu, bəzən də Davos İqtisadi Forumu adlanan tədbir hər il bu vaxtlar İsveçrənin Davos şəhərində keçirilən toplantıdır və onun işində dünya ölkələrinin liderləri, tanınmış iş adamları, ölkələrinin iqtisadiyyatı üçün cavabdeh olan şəxslər iştirak edir.

Davos İsveçrənin şərqində, dağların qoynunda, Landvasser çayının kənarında yeləşən, 10 min+ əhaliyə malik olan turstik şəhərcikdir. Onu İsveçrənin digər məşhur şəhərlərindən, kurort məkanlarından fərqləndirən əsas cəhət dünya iqtisadiyyatının paytaxtı olmasıdır. Hər il buraya yüzlərlə siyasətçi, iqtisadçı, iş adamı gəlir, toplantı keçirir, dünyanın iqtisadi gələcətinə aid məsələləri müzakirə edirlər.

DİF-in müxtəlif ölkələrin 1000-ə yaxın şirkətinin üzvü var. Təşkilatın daimi icraçı orqanı direktorlar şurasıdır və onun baş ofisi İsveçrənin Cenevrə şəhərinin yaxınlığındakı Kolonya şəhərində yerləşir. Təşilatın büdcəsi Foruç iştirakçılarını ödədiyi üzvlük haqlarından formalaşır. Hər il forumun iştirakçılarının heyəti yenidən formalaşdırılır.
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı
Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb.

1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb.

Dünya İqtisadi Forumunun əhəmiyyəti böyükdür. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

Forum dünyanın iqtisadi mənzərəsini göstərir. Toplantıda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Davos Forumu iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.

Dünyanın qlobal iqtisadi, eləcə də humanitar böhranlara məruz qaldığı indiki vaxtda Davos Dorumunun aclıq çəkən ölkələrin, regionların əlverişsiz durumdan çıxarılması tədbirlər görülməsi istiqamətində atdığı addımlar çox önəmlidir.
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı
Bir sözlə, Davos Forumu təkcə iqtisadi nailiyyətlərlə öyünənlərin toplantısı deyil, eləcə də dərdini, problemlərini söyləmək istəyənlər, dünyadan yardım gözləyənlər üçün əlverişli tribunadır.

Azərbaycan Davos İqtisadi Forumunda 1995-ci ildən etibarən iştirak edir. O zaman 27-31 yanvar arasında keçirilən forumda ölkəmizi mərhum prezident Heydər Əliyev təmsil edib.
Forumun işi zamanı Azərbaycan həsr edilən toplantıda Heydər Əliyev ölkəmiz haqqında danışıb, Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu bildirib və deyib ki, bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək ölkənin xarici iqtisadi siyasətnin əsas xəttidir. H.Əliyev bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır"

2004-cü ildən isə Davos Forumunda Azərbaycan Prezident İlham Əliyev iştirak edir. İndiyədək İsveçrəyə 19 dəfə səfər edən dövlət başçısı artıq 15-ci dəfədir Davos Forumunda iştirak edir. Azərbaycan, Prezidenti Davos Forumunda çoxsaylı yüksək səviyyəli görüşlər keçirir. Ən ümdəsi odur ki, bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, həm Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir, həm də ölkəmizin xarici investistorlar üçün cəlbedicliyinin bariz sübutudur. Belə görüşlər Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artmasına, idxal-ixrac əlaqələrinin daha da şaxələn məsinə gətirib çıxarır.
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı
Bu dəfə Forum çərçivəsində Prezident İlham Əliyevin 8 nəhəng şirkətin rəhbər şəxsləri ilə görüşüb. Bundan başqa, İ.Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə də görüşü baş tutub. Dövlətimizin başçısı Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya kimi dövlətlərin rəhbərləri ilə də fikir mübadiləsi aparıb.

Prezident İlham Əliyev həmsöhbətlərinə regional vəziyyət haqqında ətraflı məlumat verib, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasından danışıb, bu məsələdə Ermənistanın destruktiv mövqeyini, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdlərini qeyd edib.

Bütün bu söhbətlər həmin dövlətlərin siyasi xadimləri üçün ona görə maraqlıdır ki, onlar bölgədəki real vəziyyəti ya çox səthi bilirlər, ya da haray-qışqırıq salmağı yaxşı bacaran erməni propoqondistlərin, onlara tribuna verən havadarların səyi nəticəsində yanlış məlumatlanırlar.
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı
Ona görə də Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyətdən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb və bu aksiyanın legitim əsaslara söykəndiyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcuddur və Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edilib.

Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bu rolun artan istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən müxtəlif sessiyalarda vurğulanıb. Rusiya-Ukrayna müşahirbəsinin fonunda bu məsələ Avropa üçün böyük əhəmiyyət daşıyır. Ona görə də Avropanın enerji təchizatında mühüm istiqamət olan elektrik enerjisi ilə təminatda da Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Həmişə olduğu kimi, bu dəfə də Davos Forumunda dünyanın aparıcı daşınma və logistika şirkətləri təmsil olunurlar. Bu iri şirkətlərin nümayəndələrinin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Ukraynada davam edən müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlərlə üz-üzədir. Bu xüsusda Azərbaycandan keçən və ölkəmizin illər boyu təşviq etdiyi Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Eyni zamanda Şimal-Cənub xətti üzrə də Azərbaycanın kəsb etdiyi əhəmiyyət sürətlə artmaqdadır. Bir çox ölkələr bu yolun istifadəsində maraqlıdırlar.

Azərbaycanı DİF iştirakçıları üçün maraqlı edən məsələlərdən biri də Xəzər dənizində ölkəmizin malik olduğu külək əsaslı bərpaolunan enerji potensialı, işğaldan azad edilmiş ərazilərimizdəki günəş əsaslı bərpaolunan enerji potensialıdır. Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edilir.
Landvasser vadisində mühüm görüşlər – Davos Forumunda nailiyyətlər hesabatı
Azərbaycanın Qərb ölkələri ilə işgüzar, ticarət münasibətləri ildən-ilə nə qədər intensivləşirsə, Şərqdə yerləşən qüdrəli dövlətlərlə ilişkilər də arxa plana keçirilmir. Belə ölkələrin başında Çin gəlir. Ona görə də DİF çərçivəsində ölkəmizin Çinlə münasibətləri, bu ölkə ilə ölkəmizin yüksələn xətt üzrə davam edən əməkdşalığı əsas müzakirə mövzularından biri olub. Azərbaycan Prezidentinin Çin televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Çin və Azərbaycan “Bir kəmər – bir yol” layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən toplantısında Prezident İlham Əliyev və Çin lideri Si Tzin Pin arasında baş tutmuş görüşdə əməkdaşlığa, ikitərəfli əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub.
İstinad Müsavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler