» » İran və Rusiya 3 il ərzində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəldi

İran və Rusiya 3 il ərzində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəldi

Bölmə: İqtisadiyyat, Dünya
İran və Rusiya 3 il ərzində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəldi

İran və Rusiya 3 il ərzində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər.

"Xalqinfo" xəbər verir ki, İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə Rəşt-Astara dəmir yolunu ölkənin ən mühüm layihəsi adlandırıb.

O əlavə edib ki, layihə Bəndər Abbasdan Rəştə və Rəştdən Astaraya qədər 162 kilometrlik şimal-cənub dəhlizini tamamlayır və İranı Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ilə birləşdirir.

Əfəndizadə bildirib ki, son aylarda iki ölkə arasında tranzitin inkişafı üçün Rusiya hökuməti ilə danışıqlar aparılıb. O, İran, Rusiya və Azərbaycan arasında üçtərəfli memoranduma işarə edərək bildirib ki, dəmir yolu layihəsinin tikintisi və istismarı ilə bağlı müddəalar 16 maddədə nəzərdə tutulub ki, bunlarda xəttin tikintisinin növü, o cümlədən dəmir yolu xəttinin eni müəyyən edilir. Rusiya sərmayəsi ilə dəmir yolu layihəsinin proqnozlaşdırılandan bir il az olmaqla 3 il ərzində tamamlanacağı gözlənilir.

Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.

Çərşənbə günü Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin və onu müşayiət edən nümayəndə heyəti, eləcə də İran rəsmiləri Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler