» » Azərbaycanda benzin istehsalı artıb

Azərbaycanda benzin istehsalı artıb

Bölmə: İqtisadiyyat
Azərbaycanda benzin istehsalı artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil benzini istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb.

"Xalqinfol" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İllik müqayisədə ölkədə yanacaq mazutunun istehsalında 30% artım, neft bitumu istehsalında 5,8%, dizel yanacağının istehsalında 17,1%, neft koksunun istehsalında 20,2%, sürtkü yağlarının istehsalında 26,6%, neft-kimya sənayesində istifadə üçü benzin istehsalında 27,9% azalma olub.

Qeyd edək ki, hesabat dövründə ölkədə ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 693,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% azalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler