» » “Şahdəniz-2”nin Şərq-Cənub cinahından hasilat başlandı

“Şahdəniz-2”nin Şərq-Cənub cinahından hasilat başlandı

Bölmə: İqtisadiyyat
“Şahdəniz-2”nin  Şərq-Cənub cinahından hasilat başlandı
“Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.

“Report”un “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

“Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq.

“Şahdəniz-2” çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün “Şahdəniz” komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır.

Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və "Şahdəniz-2" qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə "Şahdəniz" yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək. Mən həm layihədə, həm də əməliyyatlarda çalışan bütün işçilərimizə təşəkkür edirəm. Məhz onların zəhməti nəticəsində belə çətin bir zamanda və son dərəcə ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinə nail olmuşuq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler