» » “Taparıq, düzəldib satarıq” – Rövnəq Abdullayev

“Taparıq, düzəldib satarıq” – Rövnəq Abdullayev

Bölmə: İqtisadiyyat, MANŞET
“Taparıq, düzəldib satarıq” – Rövnəq AbdullayevAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qazaxıstan mətbuatının Azərbaycanda yanacağın ixracına qoyulan məhdudiyyət barədə yaydığı xəbərləri təkzib edib.

“Xalqinfo.az” report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti jurnalistlərə açıqlamasında bildirib. Eyni zamanda şirkət başçısı vurğulayıb ki, Qazaxıstan tərəfi benzinin alınması üçün bazar şəraitinə uyğun sərfəli qiymət təklifi ilə Azərbaycana müraciət edərsə, Azərbaycan Dövlət Neft Şirkəri bu təkliflərə baxmağa hazırdır. Hazırda Azərbaycanın faktiki olaraq benzin ixrac etmədiyini qeyd edən R.Abdullayev Qazaxıstanın müraciəti əsasında bunun təşkilini mümkün sayır: "Taparıq, düzəldib satarıq".

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin qeyd edib ki, "KazMunayQaz" Milli Şirkəti ölkədə yanacaq-sürtgü materialları (YSM) çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan və Türkmənistandan benzin idxalı imkanlarını nəzərdən keçirir. "Bazarı YSM ilə təmin etmək üçün öz zərərinə olsa belə Qazaxıstan bazarı üçün YSM idxalının təşkili qərara alınıb. Bir çox şirkətlərlə danışıqlar aparılıb və hazırda 69 min ton benzinin idxal olunması haqqında razılıq əldə olunub", - deyə nazir müavini vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler