» » AZAL ABŞ-a aviareyslərin sayını artırır

AZAL ABŞ-a aviareyslərin sayını artırır

Bölmə: İqtisadiyyat
AZAL ABŞ-a aviareyslərin sayını artırır "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il dekabrın 8-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslərinin sayını artıracaq
trend-in AZAL-ın saytına istinadən verdiyi məlumata görə, həmin marşrut üzrə reyslərin sayı 3-ə çatdırılacaq. Hazırda aviareyslər çərşənbə və şənbə günləri həyata keçirilir, dekabrın 8-dən isə reyslər bazar ertəsi də reallaşdırılacaq.

Məlumatda qeyd edilir ki, təyyarələr bazar ertəsi Bakıdan çərşənbə və şənbə günlərində olduğu kimi, yerli vaxtla saat 06:00-da uçacaqlar, Nyu-Yorka isə saat 09:30-da (yerli vaxtla) gələcəklər.

Nyu-Yorkdan Bakıya uçuşlar həftənin həmin günləri yerli vaxtla saat 11:30-da həyata keçiriləcək, Bakıya gəliş vaxtı isə növbəti gün saat 08:00-da olacaq.

Qeyd edək ki, AZAL sentyabrın 24-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə mütəmadi birbaşa aviareyslərin reallaşdırılmasına başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler