» » Cəlilabad kartofu Azərbaycanla Qazaxıstanı ayağa qaldırdı

Cəlilabad kartofu Azərbaycanla Qazaxıstanı ayağa qaldırdı

Bölmə: İqtisadiyyat
Cəlilabad kartofu Azərbaycanla Qazaxıstanı ayağa qaldırdı
Bu ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Publika.az-a bildirilib ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülüb. Nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler