» » “Qara İnək” təsərrüfatının borcu silindi

“Qara İnək” təsərrüfatının borcu silindi

Bölmə: İqtisadiyyat
“Qara İnək” təsərrüfatının borcu silindi
2016-cı ildə “Aqrolizinq” ASC 13 mln. 835,777 min manat məbləğində vəsaiti silib.

Xalqinfo.az “Aqrolizinq”in 2016-cı ilin audit hesabatına istinadən xəbər verir ki, bu vəsait Nazirlər Kabinetinin (NK) qərarları əsasında silinib.

NK-nın qərarına görə, debitor borcları üzrə 40%-lik güzəşt çərçivəsində 13 mln. 412,589 min manat məbləğində pul silinib.

Bundan başqa, Maliyyə Nazirliyinin təklifi əsasənda 2016-cı ilin avqust aynda Nazirlər Kabineti “Qara İnək” fermer təsərrüfatının “Aqrolizinq” qarşısında 423,188 min manat məbləğində borcunun silinməsinə dair qərar qəbul edib.

Ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində “Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdu.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler