» » Dollar sabit qaldı, avro, funt sterlinq bahalaşdı

Dollar sabit qaldı, avro, funt sterlinq bahalaşdı

Bölmə: İqtisadiyyat
Dollar sabit qaldı, avro, funt sterlinq bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 27-ə olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 26-ı müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8284 manatdan 1,8566 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0304 manatdan 0,0299 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4759 manatdan 0,4768 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1858 manatdan 2,1909 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6942 manatdan 0,6887 manatadək azalıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler