» » OPEK şərtləri 104% yerinə yetirib

OPEK şərtləri 104% yerinə yetirib

Bölmə: İqtisadiyyat
OPEK şərtləri 104% yerinə yetirib
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) mart ayında neft hasilatını nəzərdə tutulandan çox azaldıb.

Xalqinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın rəsmi saytında dərc olunan aylıq hesabatda bildirilir.

Qeyd olunur ki, OPEK-ə daxil olan 11 ölkə ötən ay müqavilənin şərtlərini 104% yerinə yetirib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler