» » “süni qiymət artımına yol verilməməlidir” Prezident(Yeniləndi)

“süni qiymət artımına yol verilməməlidir” Prezident(Yeniləndi)

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
“süni qiymət artımına yol verilməməlidir” Prezident(Yeniləndi)
Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günkü iclasında deyib ki, sənaye və kənd təsərrüfatı prioritet sahələrdir”. Dövlət başçısı deyib ki, rayonlarda sənaye zonaları yaradılıb: “Bu il kənd təsərrüfatının inkişafı üçün 150 min hektar yeni torpağın suvarılması nəzərdə tutulub. Yeni zavodlar istifadəyə veriləcək. Görüləcək işlər bu sahədə artıma səbəb olacaq”.

Qeyri-neft sektorunun ixrac etdiyi məhsullara toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycan brendi dünyada təbliğ edilir: “Müxtəlif ölkələrdə “Ticarət evləri” yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması vacibdir”.

Dövlət başçısı qeyd edib ki, il ərzində infrastruktur layihələrin icrasına diqqət yetiriləcək: “Bunlar elektrik enerjisi ilə təminat, qazlaşma, içməli su və yolların inşası ilə bağlı layihələrdir. Sovetski adlanan ərazi abadlaşacaq, yeni gözəl istirahət məkanı yaradılacaq. Sosial-infrastruktur layihələr icra olunur. 3 modul tipli məktəb tikilir, əlavə 12 belə məktəbin inşası nəzərdə tutulur. Bu ilin ilk rübündə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya kompleksləri də istifadəyə veriləcək. Bölgələrdə məşğulluğun artırılması da daim diqqət mərkəzində saxlanılması vacibdir. Sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi davam edəcək. Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bu il Quba və Mingəçevirdə “Asan xidmət” mərkəzi açılacaq: “Şəki və İmişlidə də belə mərkəzlərin tikintisi aparılır. Bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılması vacibdir”.

* * * 14:48

“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə deyib.

Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.

Prezident bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb: “Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın valyta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur.Makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.

Prezident diqqətə çatdırıb ki, bu il inşaaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, ya da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi".

Bu prosesin artıq geniş vüsət aldığını, mikrarayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq baxçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq baxçası probleminin həll ediləcəyini bildirib. (APA və Report-un məlumatları əsasında)

Şərh Yaz
ŞƏRH(1)

Həzrətqulu Ahmədov 10 aprel 2017 17:20
Azərbaycandakı yüksək sosial - iqtisadi inkişaf hamımızı sevindirir. Xüsusilə Quba rayonundakı 2500-dən çox şəxsi təsərrüfatı olan 8500 nəfərədək əhalinin yaşadıqı Rustov kəndinin sakinləri - pay torpaq mülkiyyətçiləri təklikdə əkib- becərmək imkanları olmadıqlarına görə kəndli kooperasiyasında birləşib, fəaliyyət göstərmək istəyirlər ki, bunun üçün də əkin - biçin və heyvandarlıq texnikaları, ilkin kapital, gübrə - dərman, cinc toxum və heyvanlar, ot - saman və taxıl unu üyüdən dəyirman, qüvvəl, qarışıq yemləri hazırlayan ekstruder və press qranulyatorlar lazımdır. Taxnikasız yeləri şumlamaq və malalayıb, əkmək mümkünsüzdür. Dövlət başçımız Hörmətli İ.Alyyev cənablarının göstəriş və tapşırıqları həddindən çox əhəmiyyətlidir. Lakin daqlıq və daqətəyi çətin ərazilərdəki pay torpaq mülkiyyətçilərinə də pambıqçılıq rayonlarındakı kimi dövlət dəstəyi göstərilərsə buralarda da yem əkinçiliyi, kartofçuluq, iri və xırdabuynuzlu heyvandarlıq, arıçılq, hətta dovşançılıq təsərrüfatlarını da yaratmaq olar. Mən özüm 63 yaşlı, 47 il stajlı təcrübəli Menecer, İqtisadiyyat Magistri, Doktorant və Y A P fəalı olaraq geniş Rustov ərazilərində böyük bir Kənd Təsərrüfatı Kooperasiyasını (yem əkinçiliyi, kartofçuluq, qüvvəli yem və qoyun, inək, camış və b.iheyvandarlıq məhsulları istehsalı) təsərrüfatını yaradaram. Bir hektara yaxın pay torpaq sahələrimizi də həmin təsərrüfata qatmaq şərtilə. Övladlarımız, kəndçilərimiz üçün xeyli iş yerlərini yaradarıq. Bizim fəaliyyətimizi görəcək başqaları da bu və digər gəlirli sahələrə həvəslənib, meyillənərək kəndə gələcəklər.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler