Azərbaycanda qızıl hasilatı 32% azalıbBölmə: İqtisadiyyat
![]() Azərbaycanda bu ilin yanvar-fevral ayında 181,2 kq qızıl hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% azdır. Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata əsasən, cari il martın 1-nə 17,1 kq hazır məhsul ehtiyatı yaranıb. Ggümüş hasilatında isə artım qeydə alınıb. Belə ki, hesabat dövründə ölkədə gümüş istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artaraq 42,0 kq təşkil edib. Martın 1-nə hazır məhsul ehtiyatı 5,3 kq olub. Qeyd edək ki,Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. Leyla Həsənova |
|