» » SOCAR büdcəyə 2 milyard ödəyib -

SOCAR büdcəyə 2 milyard ödəyib - 1 ilə

Bölmə: İqtisadiyyat
SOCAR büdcəyə 2 milyard ödəyib -

Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib.

XalqinfoSOCAR-ın saytına istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olub. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler