» » “Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”

“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”

Bölmə: İqtisadiyyat
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”

Ölkənin tanınmış tikinti şirkətlərindən olan Kristal Abşeron şirkəti KİV nümayəndələri üçün press-tur təşkil edib. 2003-cü ildən uğurlu fəaliyyətə başlayan Kristal Abşeron Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə 24 layihəyə imza atıb.

Xalqİnfo” xəbər verir ki, jurnalistlərin səfər proqramı üzrə ilk dayanacağı “8-ci Mikrorayon” layihəsi oldu. Bina “Azadlıq” metrosuna 2 dəqiqəlik məsafədə yerləşir.

Layihənin direktoru Elçin Hüseynov tikinti haqqında jurnalistlərə məlumat verərək bildirib ki, 3 bloklu 16 mərtəbəli bu yaşayış binasının inşasına bu ilin iyun ayından başlanılıb: “Gələn il oktyabrın əvvəlində binanı təhvil verməyi nəzərdə tutmuşuq. Ehtiyatda tikinti materiallarımız var. İnşaatın vaxtında təhvil verilməsi üçün bütün imkanlarımız var. Təmirdə istifadə ediləcək materiallar Avropa ölkələrindən gətirilib. Belə ki, santexnika məhsulları Türkiyə, kafel-metlax İspaniya, parket Rusiya, divar kağızları İtaliya istehsalıdır”.

E. Hüseynov onu da qeyd edib ki, binadakı mənzillərin 40%-i artıq satılıb. Binalar 9 bal zəlzələyə tam davamlı inşa edilir. İşçilərin təhlükəsizliyi təmin olunub. Binanın zirzəmisi qaraj kimi sakinlərin istifadəsinə veriləcək. Mənzillərin təmiri sakinlərin istəyinə, seçiminə əsasən olunur.

Növbəti tanışlıq “20 Yanvar” və “Avtovağzal” Metrostansiyalarının yaxınlığında yerləşən “Biləcəri” layihəsi ilə oldu. Bu layihədə də müxtəlif ölçülü, tam təmirli mənzillər təklif edilir. Layihənin 1-ci binası artıq təhvil verilib. 70 mənzildə yaşayış var. Digəri isə “daş yun” üzlükləri ilə üzlənmə prosesindədir. Qeyd edək ki, Kristal Abşeronun bütün layihələrində binalarda istiyə, soyuğa və nəmlənməyə davamlı izolyasiya sistemindən - Avropanın aparıcı “daş yun” izolyasiya məhsulları istehsalçısı olan “TechnoNicol” şirkətinin məhsulundan istifadə edilir. Vulkanik daşlardan hazırlanan bu izolyasiya məhsulu bütün beynəlxalq standartlara cavab verir.

Layihənin mühəndisi Azər müəllimin sözlərinə görə, 16 mərtəbədən ibarət olan binaların hər mərtəbəsində 8 mənzil yerləşir. Binaların su təchizatı üçün 1300 kubluk su anbarı var. İsti su problemi yoxdu. Transformatorlar və generatorlar da var ki, binanın istilik problemi yaranmasın.

Növbəti dayanacaq Xırdalan şəhərinin mərkəzində yerləşən “Xırdalan 2” yaşayış kompleksi oldu. 2014-cü ildə təməli qoyulmuş bu yaşayış kompleksi 11 binadan və 1, 2, 3 otaqlı mənzillərdən ibarətdir.

“Kristal Abşeron”un mühəndisi Eldar Məmmədov deyir ki, 10 bina hazırdır,1 binanın 7-ci mərtəbəsi tikilir, 7 binada yaşayış var: “Gördüyümüz işlər göz qabağındadır. Bəzi abadlaşma işlərimiz qalıb. Bütün işlər mart ayında tam təhvil veriləcək”.

Son dayanacağımız isə Sumqayıtdakı yaşayış kompleksləri oldu. Bu ilin yayında təhvil verilən Sumqayıtdakı VI mikrorayon layihəsi dəniz mənzərəli mənzillərdə yaşama imkanı verir və 5 yaşayış binasından ibarətdir.
Sumqayıtın lap mərkəzində, tanınmış “Göyərçin” heykəlinin yaxınlığında, Xəzər dənizinin sahilində yerləşən ikinci layihə də başa çatmaq üzrədir. 1, 2 və 3 otaqlı tam təmirli mənzillərdən ibarət olacaq bu kompleksdəki mənzillər də bütün kommunal xidmətlərlə fasiləsiz təmin olunacaq.

Bu layihə barədə danışan Kristal Abşeronun Sumqayıt şöbəsinin direktoru Şükür Həmzəyev bildirir ki, 8 aydır tikintiyə başlayıblar, 7 mərtəbədən ibarət olan bu binada yaxın vaxtlarda təmir işlərinə başlanılacaq.

Jurnalistlərə şirkətin fəaliyyəti haqqında ümumi məlumatı isə Kristal Abşeronun marketinq meneceri Rəşad Qurbanov verib. Kristal Abşeronun bu günə 24 layihəsinin reallaşdığını bildirən şirkət rəsmisi əlavə edib ki, bütün layihələri vaxtında və yüksək keyfiyyətlə sakinlərin istifadəsinə vermək mümkün olacaq. Kristal Abşeronun bütün layihələrində iş prosesi davam edir. Hazırda anbarlarımızda bir illik ehtiyyat tikinti materiallarımız var. Beton da ölkəmizdə istehsal olunur. Ona görə də, bütün layihələrimizi planlaşdırılan vaxtda təhvil verəcəyik”.

Qeyd edək ki, hazırda şirkət mənzilləri 3 illik daxili ipoteka ilə və faizsiz olaraq satır.

Binalar mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti ilə təchiz olunur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılır.

Bütün layihələr təhvil verildikdən və qazlaşdırıldıqdan sonra mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”
“Kristal Abşeron layihələrini tam vaxtında başa çatdıracaq”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler