» » “Azərsun Holdinq”in 25 illiyi qeyd edilib

“Azərsun Holdinq”in 25 illiyi qeyd edilib

Bölmə: İqtisadiyyat
“Azərsun Holdinq”in 25 illiyi qeyd edilib

“Azərsun Holdinq”in fəaliyyətə başlamasının 25 ili tamam olub.

Şirkətin mətbuat xidmətindən “Xalqİnfo”ya daxil olan xəbərdə bildirilir ki, milli markalarımızın yaradılması və bütün dünyada tanıdılması məqsədi ilə Bakıda tədbir keçirilib. Dövlət rəsmilərinin, ictimai xadimlərin və xarici qonaqların qatıldığı tədbirdə geridə qoyulan illər ərzində reallaşdırılan layihələr və gələcək planlar barədə məlumat verilib. Eyni zamanda tədbirdə Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksandr Nikolayeviç Tkaçov, Krasnodar vilayətinin qubernatoru Veniamin İvanoviç Kondratyev adından “Azərsun Holdinq”in 25 illik yubileyi ilə bağlı təbrik məktubları səsləndirilib və şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozala təşəkkürnamələr təqdim edilib.

Tədbirdə iştirak edən Beloreçensk rayonunun bələdiyyə rəhbəri İvan İvanoviç İmqrunt isə çıxış edərək Abdolbari Goozala Rusiyada göstərdiyi uğurlu fəaliyyətə, yaradılan yeni istehsal müəssisələrinə görə minnətdarlığını bildirərək, hədiyyələr təqdim edib.

Bununla yanaşı tədbirdə 50-dən çox 20 il şirkətdə fəaliyyət göstərən əməkdaşlar, 100-ə yaxın 15 ildən artıq çalışan əməkdaşlar və 500 nəfərdən çox 10 il və ondan artıq çalışan əməkdaşlara təşəkkürnamə plaketlərini müşahidə şurasının sədri Abdolbari Goozal şəxsən təqdim edərək onlarla xatirə şəkili çəkdirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Azərsun Holdinq”in 25 illiyi qeyd edilib
“Azərsun Holdinq”in 25 illiyi qeyd edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler