» » Bağlanan 10 bank əmanətçilərinin 643 milyonunu qaytardılar

Bağlanan 10 bank əmanətçilərinin 643 milyonunu qaytardılar

Bölmə: İqtisadiyyat
Bağlanan 10 bank əmanətçilərinin 643 milyonunu qaytardılar

Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Xalqİnfo.az xəbər verir ki, Fonddan Modern.az-a verilən məlumata görə, ümumilikdə 10 bank üzrə 643 milyon 133 min manatdan artıq kompensasiya ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 043 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

4 bank üzrə ümumilikdə kompensasiya məbləği 121 miyon 811 min manatdan artıq təşkil edib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib.

2 bank üzrə ümumilikdə kompensasiya məbləği 16 milyon manatdan artıq olub.

Məlumatda bildirilib ki, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. Həmçinin, 3 bank üzrə kompensasiya məbləği ümumilikdə 145 milyon manatdan artıq olub.

“Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 360 milyon 322 min manat kompensasiya ödənilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler