» » 31 dövlət əmlakı özəlləşdirilib

31 dövlət əmlakı özəlləşdirilib

Bölmə: İqtisadiyyat
31 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə bu gün növbəti hərracı keçirib.

Xalqİnfo.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib.

Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Hərracda iştirak edən iddiaçılardan satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub.

Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir.

Növbəti hərrac noyabrın 1-də keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler