» » Türkiyədə dolların rekord səviyyədə

Türkiyədə dolların rekord səviyyədə bahalaşama ehtimalı

Bölmə: İqtisadiyyat, Dünya
Türkiyədə dolların rekord səviyyədə  Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə hərbi çevrilişi cəhdindən sonra beynəlxalq reytinq agentliyi ölkənin kredit reytinqini “Baa3” “investisiya edilə bilən” səviyyədən negativə endirmişdi. Güman olunur ki, agentlik bu gün Türkiyə ilə bağlı açıqlamasının üstündən keçəcək.

Xalqinfo.az bildirir ki, barədə Oxu.Az “Businessht”ə istinadən xəbər verir.

“Commerzbank”ın iqtisadçısı Tatha Ghose bildirib ki, “Moody's” açıqlamalı olduğu qərarın üstündən keçərsə, bu halda dollar/TL 2,85 səviyyəsinə qədər qalxa bilər. Agentlik başqa bir açıqlaması ilə qərarını ayrı vaxta təyin edərsə, bu halda dollar/TL 2,95 səviyyəsinə çata bilər.

“Union Investment Privatfonds Portföy” sədri Dmitri Barinov isə qeyd edib ki, bu halda türk lirəsi 1% dəyər qazanacaq və dövlət istiqrazları 20-30% bənd dəyər itirəcək.

Əgər “Moody's” kredit reytinqini aşağı salarsa, iqtisadçılar türk lirəsində ciddi itkilərin ola biləcəyini və bu halda dollar/TL-nin 3,10 rekord səviyyəyə qalxa biləcəyini təxmin edirlər.




Əlaqə üçün E-mail:xalqinfo@mail.ru


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler