» » Beynəlxalq Bankın kredit və debütor

Beynəlxalq Bankın kredit və debütor borcu açıqlanıb

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Beynəlxalq Bankın kredit və debütor Azərbaycan Beynəlxalq Bankının (ABB) audit hesabatı açıqlanıb. Hesabat bankın mövcud maliyyə vəziyyətini və sağlamlaşdırma tədbirlərinin bir hissəsini özündə əks etdirib.

Xalqinfo.az Fins.Az-a istinadən xəbər verir ki, auditi “Delloite” şirkəti keçirib.

Beynəlxalq Bankın kredit və debütor borclarının 31 dekabr 2015-ci ilə olan ümumi məbləği 6 milyon 557 min 376 manat olub.

2014-cü ilin analoji dövründə isə bu rəqəm 8 milyon 704 min 795 manat təşkil edib. 31 dekabr 2015-ci il tarixinə beynəlxalq maliyyə institutlarından 2 milyon 262 min 979 manat məbləğində kredit və əlaqəli kredit vermənin uçotda ilkin tanınması ilə bağlı gəlir və ya zərərin yarana biləcəyini də nəzərdən keçirib.

Hesabat ilində Qrup bir müştəridən – neft sənayesində fəaliyyət göstərən dövlət təşkilatlarından cəmi 1930, 128 min manat və digər bir dövlət orqanından 183 min 800 manat məbləğində ümumi müştəri hesablarının 30%-ni təşkil edib. Bu bank üçün əhəmiyyətli müştəri hesabıdır.

21 yanvar 2016 və 22 fevral 2016-cı il tarixlərində “Aqrarkredit” QSC Bankın birinci və ikinci mərhələlər üzrə debütor borclarının müvafiq olaraq, 500 min manat və 490 min məbləğində hissəsini geri ödəyib.

Həmçinin 30 oktyabr 2016-cı il qərarı ilə “ABB Moskva”nın səhmdar kapitalı 30 milyon ABŞ dollarına çatdırılıb.

Həmçinin bankın səhmdarları 2016-cı il ərzində ABB-nin səhmdar kapitalını 500 min manat həcmində artırmağı planlaşdırır.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler