Dollar əmanəti olanlara kompensasiya bu kurs ilə ödəniləcəkBölmə: İqtisadiyyat, MANŞET
![]() Bağlanan banklarda əmanətləri dollarla olan vətəndaşlara kompensasiyalar dolların iyulun 25-ə olan kursuna uyğun ödəniləcək. Xalqinfo.az Oxu.Az-a istiandən bikdirir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”da sığorta hadisəsi iyulun 25-də baş verib: “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, məzənnə sığorta hadisəsinin baş verdiyi günün kursuna uyğun hesablanmalıdır. Adıçəkilən banklarda da bu belə olacaq. Əmanətlər iyulun 25-nə olan məzənnə ilə (1,5724-red.) hesablanıb kompensasiya ediləcək”. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının iyulun 21-də verdiyi qərarla “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”ın lisenziyaları ləğv edilib. Həmin bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Xalqinfo.az |
|