Limit götürüləcək, faiz artacaqBölmə: İqtisadiyyat, MANŞET
![]() Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib. O qeyd edib ki, "Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul edildikdən sonra Himayəçilik Şurasının təcili iclası çağırılacaq. Çünki, qanunvericilik dəyişəcək, limit aradan qaldırılacaq. Amma faiz dərəcələri aradan qaldırılmayacaq. Bu iclasda əmanətlər üzrə faiz dərəcəsinə yenidən baxılacaq. İcraçı direktor bankların konsolidasiyası baş verəcəyi təqdirdə, əmanətlərin taleyi məsələsinə də aydınlıq gətirib: "Konsolidasiya baş verərsə, birləşəcək banklarda qorunan əmanətləri olanların müqavilələri qüvvədə olacaq. Yəni, bir müştərinin hər iki bankda ayrılıqda 30 min manat əmanəti -ümumilikdə 60 min manatı varsa, bu müqavilə başa çatanadək qorunan sayılacaq. Yeni qanun qəbul edildikdən sonra limit aradan qaldırıldığından, artıq 60 min qorunan əmanət sayılacaq". Kainat Şirin Xalqinfo.az |
|