» » Dolların müstəqil Azərbaycanda məzənnəsi-

Dolların müstəqil Azərbaycanda məzənnəsi- 77 qəpikdən bu günəcən...

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Dolların müstəqil Azərbaycanda məzənnəsi-
Transparency.az saytı son 20 ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin necə dəyişdiyinə dair arayış hazırlayıb. Arayışdan bəlli olur ki, 2015-ci ilin iyul ayına olan kurs 20 ilin uyğun dövrləri arasında ən yüksək göstəricidir. Yəni son 20 ildə Azərbaycanda dollar heç vaxt indiki qədər baha olmayıb.

Məsələn, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 4465 manata satılıb. 1 yanvar 2006-cı ildə Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparıldığını nəzərə alsaq, 4465 manat 89 qəpik edir. Deməli, indiki pulla götürsək, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 89 qəpik olub.

1996-cı ilin iyul ayında 1 ABŞ dolları 4304 manat olub ki, bu da indiki pulla 86 qəpik edir.

1997-ci ildən Azərbaycanda dollar ucuzlaşmağa başlayıb. Həmin ilin iyulunda 1 ABŞ dolları 3970 manat (indiki pulla 79 qəpik), 1998-ci ilin iyulunda isə 3862 manat (77 qəpik) olub.

1999-cu ildən dollar yenidən bahalaşıb. Həmin ilin iyul ayında 1 ABŞ dolları 4250 manat (85 qəpik), 2000-ci ilin iyulunda 4475 manat (89 qəpik), 2001-ci ilin iyulunda 4651 manat (93 qəpik), 2002-ci ilin iyulunda 4877 manat (97 qəpik), 2003-cü ilin iyulunda 4922 manat (98 qəpik), 2004-cü ilin iyulunda 4907 manat (98 qəpik), 2005-ci ilin iyulunda 4704 manat (94 qəpik) olub.

2006-cı ilin yanvarından Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparılıb, yəni əvvəlki 5000 manat yeni pulla 1 manat olub. Həmin vaxtdan 1 ABŞ dollarının kursu aşağıdakı kimi dəyişib:

2006-cı il, iyul: 1 ABŞ dolları - 0.8941 manat
2007-ci il, iyul: 1 ABŞ dolları - 0.8553 manat
2008-ci il, iyul: 1 ABŞ dolları - 0.809 manat
2009-cu il, iyul: 1 ABŞ dolları - 0.8043 manat
2010-cu il, iyul: 1 ABŞ dolları - 0.8036 manat
2011-ci il, iyul: 1 ABŞ dolları - 0.7869 manat
2012-ci il, iyul: 1 ABŞ dolları - 0.7856 manat
2013-cü il, iyul: 1 ABŞ dolları - 0.7844 manat
2014-cü il, iyul: 1 ABŞ dolları - 0.7844 manat.

Göründüyü kimi, denominasiyadan sonra dolların kursu aşağı düşməyə başlayıb. 2006-cı ilin iyulunda 89 qəpik olan 1 ABŞ dolları 2007-ci ilin iyulunda 85 qəpiyə, 2008-ci ilin eyni ayında isə 80 qəpiyə enib. 2009-2010-cu illərdə dolların kursu təxminən bu səviyyədə qalıb. Sonradan daha da aşağı düşərək 2011-2014-cü illərdə təxminən 78 qəpik olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.

2015-ci ilin iyul ayında 1 ABŞ dolları 1 manat 4 qəpikdən bahadır. Son 20 ildə nə denominasiyaya qədər, nə də denominasiyadan sonra dollar belə baha olmayıb.
Azərbaycan manatı 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler