Rusiya təkzib etdi

Bölmə: İqtisadiyyat, Dünya
Rusiya təkzib Rusiya qaz boru xəttinə dair Yunanıstanla saziş imzalamağa yaxın olduğu barədə Almaniyanın “Der Spiegel” jurnalının yaydığı məlumatı təkzib edib.


“Qafqazinfo”nun Azadlıq Radiosuna istinadən məlumatına görə, Yunanıstanın rəhbər Syriza partiyasındakı mənbəyə istinadən yaydığı xəbərə görə, sözügedən saziş aprelin 21-də imzalanacaq. Saziş imzalanarsa, Yunanıstanın boşalmış dövlət büdcəsi 5 milyard avro əldə edə bilər.

Lakin Kremlin sözçüsü Dmitri Peskov xəbəri təkzib edib. Belə bir razılaşmanın olmadığını söyləyib. O, bildirib ki, Yunanıstanın baş naziri Alexis Tsipras bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərkən ölkəsinə maliyyə yardımı göstərilməsini xahiş etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler