İspan futbolunda irqçiliyə görə ilk həbs cəzası
10-06-2024, 22:41. Yerləşdirdi: Tural
Məhkəmə İspaniya 1-ci Futbol Liqasında 21 may 2023-cü ildə oynanılan “Valensiya” – “Real Madrid” matçında baş verən hadisələrlə bağlı tribunadan Vinisiusa qarşı edilən irqçi təhqirlərə görə iş üzrə qərarını açıqlayıb.
Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə braziliyalı futbolçunu təhqir etdiyi üçün mühakimə olunan 3 müttəhimin hər birinə 8 ay həbs cəzası, 2 il stadiona giriş qadağası və məhkəmə işinin xərclərinin ödənilməsinə qərar verib.
Bu, La Liqa qurumunun şikayəti nəticəsində İspaniyada irqçilik üçün verilən ilk həbs cəzası kimi qeydə alınıb.
Məhkəmə zamanı yaşları 18 ilə 21 arasında olan müttəhimlər Vinisius, La Liqa və “Real Madrid”dən üzr istəyib və hərəkətlərinin yanlış olduğunu bildirib.
Geri qayıt