DataLife Engine > Idman > Şahmat yığmalarımız Niderland və İtaliyaya qarşı

Şahmat yığmalarımız Niderland və İtaliyaya qarşı


28-10-2019, 11:28. Yerləşdirdi: Gunay Şahmat yığmalarımız Niderland və İtaliyaya qarşı
Batumidə davam edən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. “Xalqinfo” xəbər verir ki, Azərbaycan yığmaları bu gün növbəti qarşılaşmalarını keçirəcəklər.

Kişilərdən ibarət yığmamız Niderland yığması ilə üz-üzə gələcək. Qadınlar komandamız isə İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərdən ibarət komandamız bundan öncə keçirdiyi hər 3 görüşdə qalib gəlib.

Qadınlar komandamız isə 2 qələbə və 1 məğlubiyyətə imza atıb.

Xalqinfo.az
Geri qayıt