DataLife Engine > Idman > Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsində

Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsində


11-11-2017, 09:52. Yerləşdirdi: sefa Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsində
Azərbaycan milli komandasının sabiq kapitanı, "Qarabağ" U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyədə təcrübə keçib.

"Xalqinfo" Sport24.az-a istinadən xəbər verir ki, Ağdam klubunun 35 yaşlı kapitanı bu məqsədlə "Beşiktaş"ın düşərgəsində olub. Belə ki, təcrübəli müdafiəçi Super Liqanın son qalibinin bazasında bir neçə günlük təcrübədə olub.

Xatırladaq ki, Rəşad səfərini Topaz Prenmyer Liqasında yaranan ikihəftəlik fasilə zamanı gerçəkləşdirib. O, bu gecə İstanbuldan Bakıya qaydacaq.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsində
Geri qayıt