DataLife Engine > Idman > “Almaniya Azərbaycana qalib gələcək” –

“Almaniya Azərbaycana qalib gələcək” –


12-03-2017, 18:11. Yerləşdirdi: Leyla “Almaniya Azərbaycana qalib gələcək” –
“DÇ-2018-in qarşıdakı seçmə oyunu bizim üçün xüsusi əhəmiyyətlidir. Bu görüşdə qalib gələrək qrupdakı ikinci yeri möhkəmlədə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil deyib.

Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer almış britaniyalılar növbəti matçda Norveçlə qarşılaşacaqlar. Onil, martın 26-da baş tutacaq Azərbaycan – Almaniya matçı haqqında da fikirlərini bölüşüb.

Mütəxəssis almanların bu görüşdə qalib gələcəklərini gözlədiyini deyib: “Almaniyanın Azərbaycana qalib gələcəyini düşünürəm. Belə olan halda, əgər biz də Norveçi məğlub etsək, qrupdakı ikinci pillədəki yerimizi təmin edəcəyik. Ona görə Norveçə mütləq qalib gəlməliyik. Daha sonra isə fikrimizi iyundakı Azərbaycan oyununa yönəldəyəcəyik”.

Qeyd edək ki, 4 turdan sonra C qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir. Sonuncu yerdə gedən San Marinonun isə xalı yoxdur. Martın 26-da Azərbaycan Almaniyanı, San Marino Çexiyanı, Şimali İrlandiya isə Norveçi qəbul edəcək.

Leyla Həsənova
Geri qayıt