DataLife Engine > Idman > “Beşiktaş” “Qarabağ”la qarşılaşacaq

“Beşiktaş” “Qarabağ”la qarşılaşacaq


13-12-2016, 16:55. Yerləşdirdi: sefa “Beşiktaş” “Qarabağ”la qarşılaşacaq

Türkiyənin "Beşiktaş" klubunun Bakıda Azərbaycan klublarından biri ilə yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.

"Xalqİnfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, İstanbul klubu ölkəmizə “Qarabağ” üçün gələcək.

Tərəflər arasında yoldaşlıq görüşü təşkil olunacaq.

Stadium.az saytına açıqlama verən "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl də məlumatı təsdiqləyib: “Bəli, bununla bağlı artıq iki klub arasında danışıqlar davam edir. Yəni ortaq qərar qəbul edilsə, ya Bakıda, ya da İstanbulda “Beşiktaş”la “Qarabağ” arasında yoldaşlıq matçı keçiriləcək. Bunun əsas səbəbi isə iki klub arasında tərəfdaşlığın təməlinin qoyulmasıdır. Bu həftə “Beşiktaş” rəhbərliyindən bir neçə rəsmi şəxs Bakıya gələcək və oyunun məkanıyla zamanın bəlli edəcəyik”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt