» » Azərbaycanda I Avropa Oyunları ilə əlaqədar təsnifatdan keçən hotellərin sayı artırılacaq

Azərbaycanda I Avropa Oyunları ilə əlaqədar təsnifatdan keçən hotellərin sayı artırılacaq

Bölmə: Idman
Azərbaycanda I Avropa Oyunları ilə əlaqədar təsnifatdan keçən hotellərin sayı artırılacaq2015-ci ildə Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları" ilə bağlı Bakı və Mingəçevir şəhərlərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sürətləndiriləcək və təsnifatdan keçən obyektlərin sayı artırılacaq. trend Mədəniyyət və Turizm Nazirliyinin saytina istinadən bildirir ki, bu gün mehmanxana sənayesində olan inkişaf tendensiyası xidmət sahəsinə də öz müsbət təsirini göstərir. Mehmanxanalarda xidmət səviyyəsinin daha yüksəldilməsi məqsədilə Azərbaycan Turizm İnstitutunda, Bakı Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində bu sənayedə çalışacaq ixtisaslı kadrların hazırlığı davam etdirilir. Hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri və respublikamızın turizm potensiallı regionlarında mehmanxana sənayesi işçiləri üçün Türkiyə Respublikasından dəvət edilmiş ekspertlər tərəfindən təlimlər keçirilir.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatını aparılır.

Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

Hazırda müvafiq qanunvericiliyə əsasən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sahibkarların müraciətləri əsasında könüllü sürətdə aparılır.

Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş planşet vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

2014-cü il ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilmişdir. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 79-dur. Onların 56-ı Bakı şəhərində, 23-ü isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 23-ü beş ulduz, 41-i dörd ulduz, 12-i üç ulduz, 3-ü isə iki ulduz kateqoriyasına uyğundur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler