Qətər mundialında sonuncu penaltidən əvvəl Messi nə pıçıldayıbmış...Bölmə: Idman
![]() 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina yığmasının kapitanı Lionel Messinin həlledici penaltidən əvvəl söylədiyi 4 söz deşifrə edilib. Xalqinfo.az xarici mediaya istinadla xəbər verir ki, futbolçunun sözləri Dogor Twitter hesabında verilib. Bildirilir ki, Qonzalo Montiel son penalti zərbəsini yerinə yetirmək üçün gələndə futbolçu göyə baxıb. Zərbədən əvvəl idmançı pıçıldayıb: "Bu gün ola bilər, nənə". İspan dilinə tərcümə edilən bu ifadə dörd sözlə səslənir. Messinin 1998-ci ildə vəfat edən mərhum nənəsi Seliya Olivera Kuccitiniyə müraciət etdiyi bildirilir. Lionel uşaq ikən ona uğur qazanacağına və dünya kubokunu qaldıracağına söz veribmiş. Messinin kapitanı olduğu Argentina millisi 2022-ci il dünya çempionatının finalında Fransanı məğlub edərək tarixində üçüncü dəfə kubok qazanıb. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında isə Argentina daha güclü olub - 4:2. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|