» » “Qarabağ” Şahruddini bu qapıçılardan biri ilə əvəzləyəcək –

“Qarabağ” Şahruddini bu qapıçılardan biri ilə əvəzləyəcək – ADLAR

Bölmə: Idman
“Qarabağ” Şahruddini bu qapıçılardan biri ilə əvəzləyəcək –


Şahruddin Məhəmmədəliyevin sıradan çıxmasından sonra “Qarabağ” klubu qapıçı axtarışındadır.

Ağdam təmsilçisi “Zirə”nin dəri əlcək sahibi Mehdi Cənnətov və “Səbail”in qolkiperi Emil Balayevlə maraqlanır.

Uzun müddətdir qapı xəttini gücləndirmək üçün əcnəbi futbolçu axtarışında olan Azərbaycan çempionu Şahruddin Məhəmmədəliyevin zədələnməsi ilə planlarını dəyişib. Məhəmmədəliyevin ən azı 2 aylıq sıradan çıxdığını nəzərə alan məşqçilər korpusu ilk olaraq onun boşluğunu doldurmaq üçün bir yerli icarəyə götürməyi planlaşdırır.

Rəhbərlik hazırda Cənnətov və Balayev adları üzərində dayanıb. “Qarabağ” qış fasiləsində adıçəkilən qapıçılardan birini mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Emil Balayev 2016/2017 mövsümünün ilk yarısını və 2020-2022-ci illəri “Qarabağ”ın heyətində olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler