» » UEFA-da seçki - Qalib indidən məlumdur

UEFA-da seçki - Qalib indidən məlumdur

Bölmə: Idman
UEFA-da seçki - Qalib indidən məlumdur
UEFA prezidentliyinə namizəd müəyyənləşib.

XALQİNFO.AZ "Publika"ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, hazırkı rəhbər Aleksander Çeferin növbəti seçkilərdə yeganə namizəd olacaq. Bu o deməkdir ki, 55 yaşlı sloveniyalı funksioner avtomatik olaraq UEFA-nın prezidenti seçiləcək.

Formal xarakter daşıyan seçki aprelin 5-də keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabondakı Konqres çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA prezidentidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler